Ukrayna ilə mineral sazişinin imzalanması hələ də mümkündür.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı deyib.
Media nümayəndələrindən birinin “saziş məsələsi artıq öldümü?” sualını cavablandıran Tramp bu fikirlə razılaşmadığını bildirib.
“Xeyr, mən elə düşünmürəm. Mən hesab edirəm ki, bu, bizim üçün əla fürsətdir”, – o qeyd edib.
Bundan başqa, ABŞ lideri Senat və Konqresin Nümayəndələr Palatasının birgə iclasında bu məsələni açacağını diqqətə çatdırıb.
Aysel Əliyeva
Globalinfo.az