000 36ZD6CT 980x600 1

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Kiyevə ayırdığı 90 milyard avro dəstək paketinin təsdiqləndiyi açıqlayıb. Zelenski həmçinin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin də təsdiqləndiyini bildirib.

O, yardım paketinin Ukrayna ordusunu gücləndirəcəyini, daha böyük dayanıqlıq verəcəyini və ukraynalılar qarşısında qanunla müəyyən edilmiş sosial öhdəliklərin yerinə yetirilməsinə imkan yaradacağını söyləyib.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Macarıstanın keçmiş baş naziri Viktor Orbanın vəzifədən gedişi ilə bu ölkənin Aİ-də sözügedən paketin təsdiqlənməsinə qoyduğu vetodan imtina etməsi Ukraynaya daha öncədən nəzərdə tutulan 90 milyard avroluq dəstəyin reallaşmasına imkan yarandı:

“Bu yardımın ayrılması iki kontekstdə xüsusilə diqqət çəkir.

Birincisi, Ukrayna ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumətin  dəstək verməməsinə rəğmən Rusiyaya qarşı mübarizəni davam etdirmək imkanı qazanmış olur.

İkincisi, Avropa İttifaqı Ukraynanı dəstəkləməklə Rusiyanın istəyinə çatmasının qarşısını alır. Yəni bu, dolayısı ilə ABŞ-ın da planlarına qarşı atılmış addımdır. Beləliklə, Brüssel Ukrayna məsələsində, həm də bu müharibə üzərindən həyata keçirilən geosiyasi proseslərə təsiredici aktor kimi daxil olunur.

asif
Asif Nərimanlı 

Belə bir dəstək Ukraynaya həm sosial-iqtisadi çətinlikləri həll etmək, həm də müdafiə qabiliyyətini gücləndirərək, təslim olmamaq şəraiti yaradır. Eyni zamanda Brüsselin Kiyevə təsir imkanını artırır ki, bu da Avropa qitəsində güc balansının formalaşması baxımından mühüm amildir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: