dron

“Baltikyanı ölkələri Ukrayna pilotsuz uçuş aparatları ilə bağlı insidentlər səbəbindən panika və çaşqınlıq içindədir”.

Globalinfo.az xəbər verir ki, bunu britaniyalı analitik və hərbi ekspert Aleksandr Merkuris deyib.

“Estoniya Ukraynaya dəstəyi davam etdirsə də, Litva və Finlandiya ilə bağlı yaranan dron insidentlərindən məsafə saxlamağa çalışır və baş verənlərə aydın izah verməkdə çətinlik çəkir. Latviya isə hökumətin dağılması fonunda siyasi böhranla üzləşib”, – deyə o qeyd edib.

Merkuris həmçinin Kalininqrada hücum çağırışlarına da münasibət bildirib:

“Fikrimcə, onlar bu dronların fəaliyyəti fonunda silahlı toqquşma gözləyir, hətta buna can atırlar”.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Baltikyanı ölkələrin Ukrayna dronları üçün hava məkanını açdığı iddialarını rədd edib.

O bildirib ki, alyans Estoniya səmasında vurulan Ukrayna PUA-sına sakit və adekvat reaksiya verib.

Litvada isə dron uçuşları fonunda Rusiyanın mümkün təxribatlarından narahatlıq ifadə olunub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: