Ukraynanın paytaxtı Kiyev, o cümlədən Xarkov, Krivoq Roq, Lvov və Jitomir şəhərləri yenidən raket atəşinə tutulur.
Globalinfo.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Hərbi administrasiyalar vətəndaşlara çağırış edərək sığınacaqlarda qalmağı tövsiyə ediblər.
Rusiyanın raket zərbələri nəticəsində bir neçə şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib, mülki infrastruktura ciddi ziyan dəyib.
Bundan əlavə, Xarkovda metronun fəaliyyətində fasilə yaranıb.
Ukraynanın paytaxtı Kiyevdən sonra bütün regionlarında təcili şəkildə elektrik enerjisinin verilişi dayandırılıb.