Ukraynalılar məxfi məlumatları Rusiyaya ötürməyə başladı

Xarkov vilayətinin Kupyanski rayonunun sakinləri kütləvi şəkildə Ukrayna Silahlı Qüvvələrinin mövqeləri barədə məlumatları Rusiya hərbçilərinə ötürməyə başlayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə qondarma Luqansk Xalq Respublikasının ehtiyatda olan polkovnik-leytenantı Andrey Maroçko məlumat yayıb.

“Kupyanski rayonunun yerli sakinləri kütləvi şəkildə Ukrayna texnikasının cəmləşdiyi ərazilərin koordinatlarını və yaraqlıların yerləşdiyi yerləri Rusiya kəşfiyyat orqanlarına təmənnasız ötürməyə başlayıblar”, – Maroçko deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri  bu məlumatlar əsasında əlavə kəşfiyyat aparıb və zərbələr endirib.

Diqqətçəkən məqam budur ki, artıq Ukrayna mənbələri də bu barədə məlumatları təsdiq etdirlər.

Safura Bənnayeva
Globalinfo.az