Ukraynalı uşaqlarla bağlı ağrılı statistika

 

Rusiyanın müharibəsi nəticəsində Ukraynada həlak olan uşaqların sayı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram”da məlumat verib.

Bildirilib ki, fevralın 24-dən bu günə qədər “Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 449 uşaq ölüb, 859 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Baş Prokurorluq bildirib ki, bu rəqəmlər yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan və müvəqqəti işğal olunmuş ərazilərdən dəqiq məlumat almaq mümkün deyil.