Ukraynalı uşaqların dəhşətli statistikası – 430 ölü, 829 yaralı, 279 itkin…

Ukrayna-Rusiya müharibəsində indiyə kimi Ukrayna tərəfindən 279 uşaq itkin düşüb.

Globalinfo.az bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-nə olan məlumata görə, 279 uşaq itkin düşüb, 11028-i deportasiya edilib, 7460-ı tapılıb, 96-sı geri qaytarılıb.

Məlumata əsasən, müharibə nəticəsində 430 uşaq ölüb, 829 uşaq isə yaralanıb.

Qeyd edək ki, ümumilikdə müharibədən 1229 ukraynalı uşaq zərər görüb.