
Ukrayna Ali Radasının deputatı Ankarada Rusiya dumasının deputatını döyüb.
Globalinfo.az xəbər verir ki, hadisə Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı parlament assambleyasının toplantısında baş verib.
İnsident jaketinə georgievski lenti bağlayan rusların təmsilçisi Timofeyevanın çıxışı zamanı başlayıb. Ukraynalıların bayraq açmasına etiraz edən ruslar onlardan şikayət ediblər. Türk spiker ukraynalıları söz verilmədən danışmamağa və etiraz tədbirini zalda keçirməməyə səsləyib.
Gərginlik zalın foyesində davam edib.
Rus deputat Ukrayna bayrağını ukraynalı deputat Marikovskinin əlindən almağa cəhd edib. O isə öz növbəsində rus həmkarını yumruqlayıb.
