Cəbhədəki vəziyyət hazırda ötən il olduğu kimi həqiqətən çətindir.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib. O qeyd edib ki, vəziyyət getdikcə çətinləşir:

“İndi deyə bilərik ki, vəziyyət ötən il olduğu kimi həqiqətən də çətindir. Lakin bu, mübarizəmizin və cəbhənin demək olar ki, bütün sahələrində hərbi əməliyyatların davam etməsi ilə xarakterizə olunur”, – deyə Sırski qeyd edib.

O, Ukrayna vətəndaşlarına dözümlülük və anlayış arzulayıb və əlavə edib ki, müharibələr hər halda bitəcək və sülh gələcək. Baş komandan ümid edir ki, bu sülh ədalətli olacaq və Ukrayna bütün nəticələri çıxararaq, səhvlərindən dərs götürərək dünyanın ən yaxşı ölkəsinə çevriləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: