rus ukrayna

Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə gələn həftə danışıqların yeni raundunun keçirilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, müvafiq təklifi İstanbulda keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov səsləndirib.

“Danışıqların dinamikasını artırmaq lazımdır”, – Zelenski deyib.

Paylaş: