Ukraynadan Qərbə: İrana qarşı bu iki addımı atın

İrana qarşı işləməyən sanksiyalardan, təsirsiz BMT qətnamələrindən imtina etmək lazımdır.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O, Qərb ölkələrinin İranın silah istehsalını məhv etməsi gərəkdiyini bildirib:

“Daha dağıdıcı alətlərə – istehsalın məhvinə və tədarükçülərin həbsinə keçmək lazımdır”.

Qeyd edək ki, son bir neçə ayda İran Rusiyaya tədarük etdiyi dronların həcmini artırıb. Bu isə Moskvaya Ukraynaya böyük çətinliklər yaratmağa kömək edir. Qərb dövlətləri İranı mövcud addımları dayandırmağa çağırsa da, rəsmi Tehran tədarük faktını etiraf etmir.