Ukraynadan Moskvaya müharibə elanı: “Dronlarla dağıdacağıq”

“Rusiyaya qarşı dron hücumları tez-tez baş verəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Moskva sürətlə tammiqyaslı müharibəyə öyrəşir. Bu müharibə tezliklə onlardan bütün borclarımızı almaq üçün tamamilə onun müəllifinin ərazisinə keçəcək. Daha çox dron, daha çox dağıntı, daha çox vətəndaş münaqişəsi, daha çox müharibə”, – deyə M.Podolyak bildirib.

Qeyd edək ki, artıq Ukraynanın Rusiya ərazisinə dron hücumları intensiv xarakter almağa başlayıb. Sərhədlə yanaşı paytaxt Moskvada da bir neçə obyektə zərbə endirilib.

Zaira Akifqızı
Globalinfo.az