sUBAT2023 kiev1 900x600 1

ABŞ-ın “Foundation Future Industries” şirkəti Ukrayna müharibəsində insanabənzər robotların ilk sınaqlarını həyata keçirib.

Globalinfo.az xəbər verir ki, pilot layihə çərçivəsində ölkəyə iki ədəd “Phantom MK-1” robotu göndərilib və onlar əsasən ön xəttə sursat daşınmasında istifadə olunub.

Şirkətin məlumatına görə, hazırkı modelin yükdaşıma qabiliyyəti 20 kiloqramla məhdudlaşır və batareya ömrü qısadır.

Bundan əlavə, robotun korpusu suya davamlı deyil ki, bu da onun imkanlarını məhdudlaşdırır.

Şirkət yaxın aylarda daha güclü və təkmilləşdirilmiş “Phantom 2” modelini Ukraynada sınaqdan keçirməyi planlaşdırır.

IMG 1252

Tahir Turan
Globalinfo.az

Paylaş: