e36def49 c731 3c47 8314 a365443bcf49 850

Ukraynanın məşhur “Multiplex” kinoteatrlar şəbəkəsi Azərbaycan xalqının bu ölkəyə dəstəyi ilə bağlı videomaterial hazırlayıb. 

Globalinfo.az xəbər verir ki, görüntülərdə məhv edilmiş Ukrayna şəhərləri ilə yanaşı Qarabağda ermənilər tərəfindən dağıdılmış Ağdam şəhəri də təqdim olunur.

Videoda Ukrayna ilə Azərbaycanın eyni problemi yaşadığı və aqressiyaya məruz qaldığı vurğulanır. Kadrlarda Rəşid Behbudovun Ukrayna mahnısı olan “Ruşnik” ifası səsləndirilir.

2 dəqiqəlik sənədli film kimi hazırlanan video bu gün dünyanın müxtəlif ölkələrində eyni anda yayımlanıb.

Paylaş: