“ABŞ-ın Ukrayna hökumətində baş verən dəyişikliklərə heç bir müdaxiləsi yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O bildirib ki, ABŞ Ukrayna hökumətindəki kadr dəyişikliklərində iştirak etmir.
“Kiyev bu cür qərarları müstəqil qəbul edir. Biz onlara bu kimi məsələlərlə bağlı məsləhət vermirik. Ukrayna hökumətindəki dəyişikliklər Kiyevlə münasibətlərə və yardım tədarükünə təsir etməyəcək”, – deyə Kirbi vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az