Ukraynada yaşayan azərbaycanlı jurnalist vəfat etdi

Tanınmış jurnalist İdrak Camalbəyli vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə xəbər yayılıb. Yaxınlarının sözlərinə görə, jurnalist martın 28-də axşam saatlarında yaşadığı Kiyev şəhərində qəfil ölüb. Ölüm səbəbi kimi ürəktutma göstərilir.

İdrak Camalbəyli Azərbaycan mediasının tanınmış imzalarındandır. O, müxtəlif qəzetlərdə, eləcə də ANS televiziyasında çalışıb. Son illər ölkədən getmişdi. Xeyli müddət idi, Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayırdı. Rusiya Ukraynaya hücum edəndən sonra İdrak Camalbəyli fəallığı ilə seçilirdi. O, vaxtaşırı Azərbaycan mediasına müharibə haqda açıqlamalar verirdi.

Martın 18-də ad gününü qeyd edən İ.Camalbəyli bir müddət öncə ürəyindən əməliyyat olunmuşdu. Jurnalist  Ukraynada “Amerikanın səsi” ​radiosu ilə əməkdaşlıq edirdi.

Allah rəhmət etsin.

Globalinfo.az