Ukraynada xaos izləri: Etirazlar başladı – FOTOLAR

Ukraynanın paytaxtı Kiyevdə Müstəqillik Meydanına toplaşan nümayişçilər Baş Qərargah rəisi Valeri Zalujnının vəzifəsindən azad olunmasına etiraz ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” (DW ) nəşri məlumat yayıb.

Məlumata görə, təxminən üç yüzə yaxın insan Müstəqillik meydanında toplaşaraq Zelenskini hakimiyyəti qəsb etmək cəhdində ittiham ediblər.

<p>Ukrayna Savunma Bakanı Umerov, ordu yönetimini değiştirme kararı aldıklarını duyurmuştu.</p>

Mitinq iştirakçıları arasında qadınlar və yaşlılar üstünlük təşkil edib. Etirazçılar arasında bir neçə hərbçi də olub.  Məlumata görə, aksiyaya heç bir siyasi qüvvə qoşulmayıb.

<p>Ukrayna Cumhurbaşkanı Volodimir Zelenski, Ukrayna Genelkurmay Başkanlığına Kara Kuvvetleri Komutanı Aleksandr Sırskiy'i atamıştı.</p><div></div>

Etirazçılar, “Zelenski populyarlığını itirməkdən qorxduğu üçün Zalujnını işdən çıxardı”,  “O, xalqın iradəsinə zidd gedir” kimi şüarlar səsləndiriblər.

Etirazçılar yeni baş komandan Aleksandr Sırskini rus mənşəli olmaqda ittiham ediblər və bunun Ukraynanı  müharibədə məğlubiyyətə apardığını bildiriblər.

Əliyar Xəlil
Globalinfo.az