Ukraynada prezident seçkilərinin nə vaxt keçiriləcəyi açıqlanıb

Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatandan sonra keçirilə bilər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu hakim Xalqın Xidmətçisi Partiyasının sədri Yelena Şulyak bildirib.

Yelena Şulyak deyib ki, hazırda deputatlar qanunvericiliyə müharibədən sonra ilk seçkilərin keçirilməsinə dair dəyişiklik hazırlayırlar.