Ukrayna Silahlı Qüvvələrinin sıralarında Dobropillya istiqamətində qadınların sayı artıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Bildirilib ki, özəlliklə PUA heyətlərində onlarla qarşılaşmaq mümkündür:
“Qadınlar əksər hallarda qarışıq qruplarda xidmət edirlər, məsələn, PUA operatorları arasında bir neçə kişi və bir qadın var”.
Bundan əvvəl aprelin 16-da “Rusiya Baharının Hərbi Müxbirləri” Telegram kanalı Ukrayna Silahlı Qüvvələrinin sıralarında velosipedli qadınların diqqət çəkməyə başladığını yazıb.
Bu ilin mart ayında Rusiya təhlükəsizlik qüvvələrindəki mənbə Ukraynanın qadınların səfərbər edilməsi imkanlarını yenidən müzakirə etməyə başladığını deyib.
Əliyar Xəlil
Globalinfo.az