square 768 webp c88583031f48d6b916ce0a6972ce9921

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Fransadan döyüş bölgəsinə 300-dən çox muzdlu gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ria Novosti” agentliyi məlumat yayıb.

Məlumata görə, Həmin muzdlu fransızlar Fransa Quru Qoşunlarının 11-ci Hava Desant Briqadasının Xarici Legionunda xidmət ediblər.

O da məlum olub ki, döyüşlər zamanı 130-a yaxın fransız muzdlusu məhv edilib.

Təxminən 50 fransız hələ də döyüş bölgəsində qalıb, 170-ə yaxın muzdlu isə Ukraynanı tərk edib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: