ukrayna esger 131

Rusiyaya qarşı döyüşən Ukrayna Silahlı Qüvvələrinin irlandiyalı muzdlusuna qiyabi hökm oxunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin iyun ayında 22 yaşlı İrlandiya vətəndaşı Tiernan O’Donovan Ukraynaya gələrək “Seçilmiş Şirkət” hərbiləşdirilmiş qrupuna qoşulub:

“O, silahlı münaqişələrdə iştirak etmək üçün təlim bazalarında təlim keçib, bundan sonra odlu silah və xüsusi avadanlıqla təmin edilib. O, 2025-ci ilin yazına qədər Rusiya qoşunlarına qarşı döyüşüb. Bu aktlarına görə iki milyon rubldan (təxminən 45 min manat) çox pul mükafatı alıb.

O’Donovan beynəlxalq axtarışa verilib və məhkəmə onun qiyabi həbsinə qərar verib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: