Ukraynada çeçenlər və “Leopard” qarşı-qarşıya gəldi

Çeçen döyüşçülər Qərb tərəfindən Ukraynaya verilən qabaqcıl hərbi texnikanı məhv edirlər.

Globalinfo.az xəbər verir ki, bu brədə Çeçenistan rəhbəri Ramzan Kadırov danışıb.

O, qeyd edib ki, məhv edilən texnika arasında “Leopard” tankları da olub.

“Çeçenistanda formalaşdırılan batalyonun döyüşçüləri Qərb tərəfindən Ukraynaya verilmiş “Leopard” tankları və digər zirehli texnikaları məhv edirlər. Onların sayəsində düşmənə zərər vururlur və irəliləyə bilmir”, – R.Kadırov qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az