Zelenski 1

Ukrayna siyasi strategiyasını dəyişməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski rəsmi Telegram kanalında məlumat verib.

 Ukrayna lideri bu barədə baş nazir Yuliya Sviridenkonun istefasını elan edərkən danışıb.

Onun sözlərinə görə, bundan sonra xarici siyasətin hər bir mühüm istiqaməti üzrə konkret bir vəzifəli şəxs məsul olacaq.

 “Xarici siyasətin hər bir prioritet istiqamətinə liderlər səviyyəsində əldə etdiyimiz razılaşmaları və Ukrayna xalqının gözləntilərini həyata keçirə biləcək, böyük təcrübəyə malik konkret bir şəxs cavabdeh olacaq”, – deyə Zelenski bildirib.

Prezident bu prioritet istiqamətlər sırasında ABŞ, Avropa İttifaqı, Ukraynanın qonşu ölkələri, eləcə də Yaxın Şərq ölkələri, Çin və əsas beynəlxalq təşkilatlarla əməkdaşlığı qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: