Ukraynadan Rusiyanın taxıl sazişindən çıxmasına REAKSİYA

“Moskva taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir”.

Globalinfo.az xəbər verir ki, APA-nın xəbərinə görə, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib.

“Biz Rusiyanın Qara dəniz Taxıl Təşəbbüsünü məhv etmək planları barədə xəbərdarlıq etmişdik. İndi Moskva milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir. Mən bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram”, Ukrayna XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ölkənin iyulda İstanbulda BMT Türkiyə və Ukrayna ilə əldə olunmuş taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib. Nazirlik qərarın “Rusiyanın Qara dəniz donanmasına qarşı bu gün Ukraynanın həyata keçirdiyi hücum”a görə verildiyini bildirib.