qatar

Ukrayna ordusu Melitopol yaxınlığında, Akimovka ərazisində qatarı partladıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Hadisə mayın 31-nə keçən gecə baş verib.

Paralel olaraq, Rusiyanın Bryansk vilayətində körpü partladıldığı bildirilib:

“388 sərnişini daşıyan qatar hərəkət edərkən magistral yolda körpü partladılıb. Hücum nəticəsində 7 nəfər ölüb, 3-ü uşaq olmaqla 66 nəfər yaralanıb”.

Digər tərəfdən, Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətini ən azı yeddi “Şahed” dronu ilə hücuma məruz qoyduğu barədə məlumat yayılıb.

“Zaporojyedə kritik infrastruktur obyektinə hücum ediblər. Nəticədə inzibati bina qismən dağılıb və ərazidə yanğın baş verib”, – deyə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov qeyd edib.

Əlavə olunub ki, şəxsi evlər və mülki əhali hücumdan zərər görüb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: