Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutdu

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib. Mübadilə çərçivəsində 140 ukraynalı vətənə qayıdıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Aleksandr Yermak məlumat verib.

Yermak qeyd edib ki, dəyişdirilənlərdən səkkizi qadındır. Geri qaytarılanlar arasında Baxmutun və mariupolun müdafiəşiləri üstünlük təşkil edir.

Xatırladaq ki, Ukrayna tərəfi indiyədək 1600 vətəndaşını əsirlikdən azad edə bilib.