
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinin “Tu-22M3” uzaqmənzilli strateji bombardmançı təyyarəsini xaricdə qaçırmaq cəhdinin qarşısını alıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya kəşfiyyatı məlumat yayıb.
“Ukrayna kəşfiyyatı Rusiya hərbi pilotunu pul mükafatı və İtaliya vətəndaşlığı ilə ələ almaq istəyib. Onu raketdaşıyıcı ilə Ukraynaya uçmağa inandırmaq üçün işə götürmək niyyətində olub. Əməliyyat zamanı ailəsini və özünü gözləyən təhlükələr barədə komandanlığı məlumatlandıran pilot sayəsində NATO ölkələrinin məxfi xidmətlərinin təyyarənin qaçırılmasında iştirakı üzə çıxıb”, – deyə məlumatda vurğulanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az