Ukrayna vasitədir, Putinin hədəfi başqadır! – Qrem

 

“Putinin Ukraynadakı müharibəni bitirmək üçün danışıqlar masasına oturmağa hazır olmasına dair işartı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində amerikalı ekspert Tomas Qrem deyib.

Onun sözlərinə görə, ABŞ-dakı seçkilərin nəticəsi Putinin qərarına təsir etməyəcək.

Qrem bildirib ki, seçkidən sonra ABŞ-ın xarici siyasəti qarışıq olacaq və Putin bundan istifadə etməyə çalışacaq:

“Qərblə Ukraynanın ümumi mövqeyinin, birliyin olmaması Rusiyaya sərf edir. Putin üçün heç bir səbəbi yoxdur ki, Ukraynada etdiklərini yenidən nəzərdən keçirsin. Üstəlik seçkidən sonra ABŞ dəstəyinin azalması, Konqresdə yaranacaq parçalanma Qərbin bütövlüyündəki çatları böyüdə bilər. Putin üçün Ukrayna sadəcə hədəfinə çatmaq üçün vasitədir. Onun məqsədi ABŞ-ın beynəlxalq məsələlərə təsirini məhdudlaşdırmaqdır”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az