60f204aa 2cc4 41c6 af99 9051999cf610 20

Oktyabrın 24-də Londonda Böyük Britaniya və Fransanın həmsədrliyi və NATO-nun Baş katibinin iştirakı ilə “İstəklilər koalisiyası”nın görüşü baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

“NATO-nun Baş katibi Mark Rutte oktyabrın 24-də Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun sədrliyi ilə “İstəklilər koalisiyası”nın iclasında iştirak etmək üçün Londona gedəcək”, – məlumatda deyilir.

Məlumata görə koalisiya Londonda keçirilən görüşdə Kiyevə yardım üçün Ukraynadakı münaqişənin həllinə dair 12 bəndlik planı müzakirə etməyi planlaşdırır.

Paylaş: