“Ukrayna Rusiya ilə sülhə imza atmaq üçün daha tez qərar verməlidir, çünki Moskvanın şərtləri gələcəkdə daha da sərtləşə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Xarkov vilayətinin “hərbi-mülki administrasiyasının rəhbəri” Vitali Qançev deyib.
“Hər yeni danışıqlarla şərtlər dəyişəcək, ona görə də Kiyev mümkün qədər tez qərar verməlidir”, – deyə o çağırış edib.
Qançevin sözlərinə görə, Ukraynanın Avropadakı kuratorları Rusiyanın şərtləri ilə razılaşmır və güzəştə getmək niyyətində deyillər.
Əliyar Xəlil
Globalinfo.az