Ukrayna savaşını 24 saata bitirəcəyəm – Tramp

Əfqanıstanda ABŞ istehsalı olan 700 min atıcı silah və 70 min texnika qoymuşuq.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Taliban ABŞ-ın Əfqanıstanda qoyduğu silahları, o cümlədən “Apaçi” vertolyotlarını satır:

“Taliblər onlardan birini Rusiyaya, digərini isə Çinə satıblar. Onlar bunu götürüb, bənzərini çıxaracaqlar. İndi bunu edirlər, çünki çox ağıllıdırlar”.

Tramp həmçinin Ukrayna məsələsinə də toxunub. O, prezident seçkisində qalib gələcəyi halda Ukrayna savaşını bir günə həll edəcəyini deyib:

“Problem indi dərhal həll edilməlidir. Əgər insanların nə etdiklərini başa düşə bilsəydik, bunu 24 saata həll edə bilərdik”.

Tramp situasiyanın həlli üçün hansı qərarları qəbul edəcəyini açıqlamaqdan imtina edib.

İlkin Həsənov
Globalinfo.az