Ukrayna rus poliqonunu vurdu: 100-ə yaxın ölü var

“Donetsk vilayətində cəbhə xəttindən 15 km aralıda yerləşən Rusiya Silahlı Qüvvələrinə məxsus poliqon vurulub”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes”in analitiki Devid Eks məlumat yayıb.

O, poliqonun HİMARS reaktiv yaylım atəş sistemləri ilə vurulduğunu bildirib:

“Raket rusların təlim üçün toplandıqları yerə atılıb. M30/31 raketləri ilə endirilən zərbələr nəticəsində onlarla hərbi qulluqçu, zirehli texnika məhv edilib. Lakin bu ərazidə ilk belə hücum deyil. Donetsk vilayətində çoxlu sayda rus qoşununun və tənbəl rus komandirlərinin cəmləşdiyi ərazi var. Fevral ayından bu yana Ukraynaya məxsus HİMARS raketləri Rusiyanın ərazidəki təlim məntəqələrini ən azı üç dəfə vurub və nəticədə 100-ə yaxın əsgər ölüb. Yaxın vaxtlarda isə daha iki dəfə zərbə endirilib və nəticədə azı 150 nəfər həlak olub”.

Əliyar Xəlil
Globalinfo.az