Ukrayna Rusiyanın hərbi desant gəmisini vurdu

Ukrayna Silahlı Qüvvələri və Baş Kəşfiyyat İdarəsi Qara dənizdə Rusiyanın “Sezar Kunikov” hərbi desant gəmisini vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 14-də səhər saatlarında olub.

Rusiya Müdafiə Nazirliyi isə Belqorodda iki, Voronejdə bir, Qara dənizdə isə Ukraynanın altı PUA-sını məhv etdiklərinə dair məlumat yayıb.

Qeyd olunub ki, Krımda partlayışlar Alupka yaxınlığında altı saatdan sonra başlayıb. Yerli sakinlər iddia ediblər ki, gəmidə həyəcan siqnalı verilib, bundan sonra partlayış başlayıb, ərazidən qatı tüstü yayılıb. Dənizdə tüstülənmə ilə bağlı müvafiq görüntülər internetdə yayılıb.