Ukrayna Rusiyanın daha iki qırıcısını vurdu

Ukrayna ordusu son sutkada Rusiyanın “Su-25” və “Su-24” qırıcı təyyarəsini vurub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukrayna ərazisindəki bütün həyati vacib infrastrukturlara raket zərbələri endirməsi təhlükəsi qalmaqdadır.