Ukrayna Rusiya ərazisini vuracaqmı? – Nazirdən təhqir dolu açıqlama

Ukrayna Rusiya ərazisinə mümkün hücumları rədd edir.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

O, Qərb ölkələrini Kiyevin düşdüyü situasiyanı anlamamaqla bağlı tənqid edib.

Kuleba Putini “qatil” adlandırıb və Qərbin ağlının başında olmadığını vurğulayıb:

“Putin bizi dövlət və millət olaraq məhv etməyə gəlib. Əgər qatil mənzilinizə daxil olub, sizi öldürməyə cəhd etsəydi, qonşunuz isə “odla oynayıb, onu provokasiyaya cəlb etmə” desəydi, yəqin, onun ağlının başında olmadığını deyərdiniz. Yəni bizə əxlaq dərsi verməyə ehtiyac yoxdur”.

İlkin
Globalinfo.az