Ukrayna Rusiya ərazisinə girdi: Putindən ilk açıqlama

Kreml bu gün bir qrup ukraynalı diversantın Rusiyanın sərhəd bölgələrinə hücum etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Bryansk qubernatoru Aleksandr Bogomaz bir neçə ukraynalı diversantın Lubeçenye kəndində avtomobilə atəş açdığını, nəticədə bir nəfərin öldüyünü, 10 yaşlı uşağın isə yaralandığını söyləyib.

Rusiya Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti hücumla bağlı əməliyyatlara başlanıldığını bildiriblər.

Qeyd edilir ki, V.Putin Stavropola edəcəyi səfəri təxirə salaraq, əks-hücum əmri vermək üçün əsgərlərə müraciət edib.  O, hücumu terror adlandırıb.

Ukrayna tərəfi isə bu iddiaları təkzib edib.

Qeyd edək ki, Bryansk vilayətinin başqa bir kəndində pilotsuz uçuş aparatının vurulduğu, Kursk vilayətinin bəzi kəndlərinə də ölümlə nəticələnən hücumun olduğu iddia edilib.

Ayşən Mustafa
Globalinfo.az