
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində səfərdə olan dörd Avropa lideri ilə birlikdə ABŞ Prezidenti Donald Trampa zəng edib.
Globalinfo.az “ xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kiyevdə Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mertz, Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmerin ABŞ lideri ilə sülh səyləri mövzusunda telefon danışığı apardıqları bildirilib.
Məlumata görə, görüş zamanı mayın 12-dən etibarən atəşkəsin elan olunması ilə bağlı razılıq əldə edilib. Atəşkəs müddətinin havada, quruda və dənizdə 30 gün müddətində davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bundan öncə Pasxa bayramı və 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə atəşkəs elan olunsa da, tərəflər bir-birilərini buna riayət etməməkdə günahlandırıblar.
Əliyar Xəlil
Globalinfo.az