1754302393 231220 vladimir putin volodymyr zelensky ew 258p c2b2d4 1

Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Andrey Sibiqa Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə görüş təklifinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, onun fikirləri “The Guardian” nəşrində dərc olunub.

Diplomat qeyd edib ki, Kreml başçısının irəli sürdüyü şərtlər Ukrayna üçün açıq-aşkar qəbuledilməzdir və bu, sülh danışıqlarının mahiyyətinə ziddir.

Sibiqa vurğulayıb ki, Rusiya tərəfi guya kompromis təklif etdiyini bildirsə də, əslində Kiyevdən Ukraynanın maraqlarına və suverenliyinə toxunan güzəştlər tələb edir.

Ukrayna yalnız beynəlxalq hüquqa əsaslanan və ölkənin ərazi bütövlüyünü təmin edən formatlarda dialoqa hazırdır”, – o vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: