
İlkin məlumata görə, Kazandakı yaşayış binalarına PUA-larla törədilən hücum nəticəsinə ölən və ya yaralanan yoxdur.
Globalinfo.az xəbər verir ki, bunu Respublikanın rəisi Rüstəm Minnixanov açıqlayıb.
O bildirib ki, hadisədən sonra bütün sənaye müəssisələrinin işçiləri də təxliyə olunaraq müvəqqəti sığınacaqlarda yerləşdirilib.
X X X
Kazan şəhərinə hücum ümumilikdə 8 pilotsuz uçuş aparatı (PUA) ilə törədilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hücum zamanı Kamaleev prospekti, Klara Setkin, “Yukozinskaya”, Hadi Taktaş, “Krasnaya Pozisiya” və “Orenburqski trakt” küçələrindəki binalar hədəfə alınıb.
***10:40
Ukrayna pilotsuz uçuş aparatları ilə Kazan şəhərindəki hündürmərtəbəli binalara hücum edib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hücümlar 50 dəqiqəlik intervalla törədilib.
Hadisədən dərhal sonra hər üç tikilidə yanğın başlayıb.
“Baza” teleqram kanalı isə yazıb ki, şəhərin müxtəlif ərazilərinə də PUA-larla hücumlar törədilib.
Hadisənin təfərrüatları hələlik açıqlanmır.