Ukraynalı deputat iclasa qumbara atdı: 25 yaralı, 1 ölü – ANBAAN VİDEO

Ukraynanın Zakarpatiya vilayətində deputat Kereçkov kənd sovetinin sessiyasının keçirildiyi məkanda partlayış törədib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat və görüntü yayıb.

Bildirilib ki, iclasın keçirildiyi zala daxil olan deputat 3 ədəd əl qumbarası partladıb.

Hadisə nəticəsində 25 nəfər yaralanıb, bir nəfər həlak olub.

5 nəfərin isə vəziyyətinin ağır olduğu deyilir.

Əliyar Xəlil
Globalinfo.az