
Rusiyanın Voronej şəhərində yerləşən hərbi təyinatlı sənaye müəssisəsinə zərbə endirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, hədəfə alınan zavod Rusiyanın müxtəlif silah sistemlərində istifadə olunan elektron komponentlərin istehsalı ilə məşğul olub:
“Müəssisədə qanadlı raketlər, operativ-taktiki raket kompleksləri və hava hücumundan müdafiə sistemləri üçün mikrosxemlər və tranzistorlar hazırlanırdı”.
Ukrayna vurulan obyektin “Kh-101″ qanadlı raketləri,”İskəndər” raket kompleksləri və “Pantsir-S1″ zenit-raket sistemlərinin istehsal zəncirində mühüm rol oynadığını iddia edir.
Rusiya tərəfi isə bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Həmin görüntüləri təqdim edirik:
Safura Bənnayeva
Globalinfo.az