Ukrayna ordusu cəbhənin cənub istiqamətində Rusiyanın ən güclü müdafiə xəttini yararaq ciddi üstünlük əldə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ukraynalı hərbçi məlumat yayıb.
O bildirib ki, xüsusən Robotin kəndinin azad edilməsi Ukrayna ordusuna həmin istiqamətdə sürətli irəliləyişə nail olmağa imkan verəcək.
Qeyd edək ki, Robotin kəndi strateji önəmə sahib Tokmak şəhərinə gedən yolu açır. Tokmakın azad edilməsi müharibənin gedişində dönüş nöqtəsi ola bilər. Belə ki, məhz bundan sonra Ukrayna ordusu Azov dənizinə doğru həlledici hücum başladacaq.
Tamerlan Yayaqan
Globalinfo.az