Ukrayna ordusu Krımı vurdu: ölənlər var

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Krım yarımadasına zərbə endirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 126-cı Əlahiddə Mühafizə Sahil Müdafiə Briqadasının hərbi hissəsi atəşə tutulub.

Nəticədə üç nəfər ölüb, çox sayda insan yaralanıb.

Əməliyyatın təfərrüatları məlum deyil.

Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.