Ukrayna ordusu Rusiyanın Suca şəhərinə nəzarəti ələ keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə hərbi mənbələrə yaxınlığı ilə seçilən Teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, Suca çox strateji mövqedə yerləşir. Rusiyanın Avropa ilə əsas tranzit qaz kəmərinin başlanğıc hissəsi məhz Sucadadır.
Ukrayna hərbçilərinin şəhərə girməsi təbii qazın qiymətinin 5 faiz artması ilə nəticələnib.
Son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin 2 briqadası Kursk vilayətinin Suca şəhərinə daxil olub və bura tam nəzarəti təmin edib. Ordunun burada möhkəmləndiyi, əraziyə əlavə qüvvələrin gətirildiyi bildirilir.
“Vaqner” muzdluları və “Əhməd” briqadası Kursk vilayətində döyüşlərə göndərilib.
Əliyar Xəlil
Globalinfo.az