Ukrayna ordusu bu qəsəbəni azad etdi

Ukrayna ordusu Donetsk vilayətinin Urojayne qəsəbəsini azad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları davam edir.

Ukrayna qoşunları azad etdikləri ərazilərdə möhkəmlənir.