Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd olunur ki, nümayəndə heyəti faydalı qazıntılarla bağlı danışıqlar aparmaq üçün artıq Vaşinqtondadır.
Nümayəndə heyətinə rəhbərliyi Ukraynanın ticarət nümayəndəsi, iqtisadiyyat nazirinin müavini Taras Kaçka edir. Danışıqların iki gün davam edəcəyi gözlənilir.
Xatırladaq ki, danışıqlar daha əvvəl fevralın 28-də keçirilməli idi, lakin Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaşanan mübahisədən sonra imzalanma mərasimi və mətbuat konfransı ləğv edilmişdi.
Aysel Əliyeva
Globalinfo.az