ABŞ prezidenti Donald Tramp və Rusiya liderii Vladimir Putin Ukraynada münaqişə bitdikdən sonra iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial media platformasında məlumat verib.
Tramp həmçinin bildirib ki, tərəflər arasında gələn həftə yüksək səviyyəli məsləhətçi görüş keçirilə bilər. O, dialoq zamanı böyük irəliləyişin əldə edildiyini deyib.
“Söhbət uzun və məhsuldar olub. Putin məni Yaxın Şərqdə sülhün əldə olunması münasibətilə təbrik edib. İnanıram ki, Yaxın Şərqdəki uğur Rusiyanın Ukrayna ilə müharibəsinə son qoymaq üçün danışıqlarda bizə kömək edəcək. Gələn həftə baş müşavirlərimizin görüşünə razılaşdıq. Rusiya nümayəndələri ilə ilk görüşləri dövlət katibi Marko Rubio keçirəcək. Görüşün yeri daha sonra müəyyənləşəcək”.
Tramp əlavə edib ki, daha sonra Budapeştdə Putinlə görüşərək münaqişəyə son qoya biləcəyi haqda müzakirə aparacaq. Rusiya lideri də öz növbəsində ABŞ prezidenti ilə söhbəti çox səmimi və informativ adlandırıb.
Əliyar Xəlil