Ukrayna müharibəsi dalana dirənməyib – Britaniyalı nazir

“Rusiyanın Qara dəniz donanmasının beşdəbiri məhv edilib”.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, belə bir açıqlama ilə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps çıxış edib.

O, Krımda Rusiya donanmasına aid gəminin Ukrayna tərəfindən vurulmasından sonra belə bir açıqlama verib.  Şappsın sözlərinə görə,  Putinin donanmasının dağıdılması onu göstərir ki, Ukrayna müharibəsi dalana dirənməyib və bu cür düşünənlər yanılırlar:

“Onlar başa düşməlidirlər ki, son 4 ayda Rusiyanın Qara dəniz donanmasının 20 faizi məhv edilib. Böyük Britaniya və Norveçin rəhbərlik etdiyi yeni Dəniz Koalisiyası Ukraynanın sularda qalib gəlməsinə kömək etməklə Rusiyanın Qara dənizdəki hökmranlığına meydan oxuyur.”, – deyə britaniyalı nazir fikirlərini tamamlayıb.

Xatırladaq ki, Krımın Feodosiya limanında Ukraynaya məxsus döyüş təyyarəsi Rusiyanın “Novoçerkassk” desant gəmisini məhv edib.

Əliyar Xəlil,

Globalinfo.az