1779096922 1144

Zaporojye vilayətində yerləşən Stepnoqorsk hazırda Ukrayna Müdafiə Qüvvələrinin nəzarətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Qurum bildirib ki, şəhərdə xüsusi təyinatlı bölmələr təmizləmə əməliyyatlarını davam etdirir:

“Bu əməliyyatlarda GUR-a məxsus “Artan” xüsusi dəstəsi fəal iştirak edir.

Əməliyyatlar digər bölmələrlə koordinasiyalı şəkildə həyata keçirilib və məqsəd Rusiya qüvvələrinin şəhərdən çıxarılması və vəziyyətin sabitləşdirilməsidir.

Döyüşlər zamanı Ukrayna xüsusi təyinatlılarının istifadə etdiyi texnikaya qarşı düşmən “FPV” tipli pilotsuz uçuş aparatı ilə hücum etməyə çalışsa da, həmin PUA zərərsizləşdirilib.

Şəhərin əsas strateji nöqtələrində Rusiya qüvvələri mövqelərdən çıxarılıb və bir sıra ərazilər Ukrayna təhlükəsizlik və müdafiə qüvvələrinin nəzarətinə keçib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: