Ukrayna MDB-nin daha iki sazişindən çıxdı

Ukrayna MDB-nin daha iki sazişindən çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələr və Sərhəd Qoşunları haqqında sazişdən çıxıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarus, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.